Avstraliyada təyyarədə sərnişinin qulaqcığı partlayıb

Qadın üz, əl və boyun nahiyəsindən çoxsaylı yanıqlar alıb

Qadın üz, əl və boyun nahiyəsindən çoxsaylı yanıqlar alıb

Bakı. 15 mart. REPORT.AZ/ Pekindən Melburna uçan reysin qadın sərnişinin simsiz qulaqcığının batareyası partlayıb.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, hadisə nəticəsində qadın üz, əl və boyun nahiyəsindən çoxsaylı yanıqlar alıb.

Qadının sözlərinə görə, yuxuda olarkən güclü səs eşidib, üzünü yana çevirəndə isə dərisinin yandığını hiss edib. Sərnişin göyərtə bələdçilərinin operativ reaksiya verdiyini və qulaqcığı tez söndürdüyünü bildirib.