Biləsuvarda yol qəzası baş verib

Faktla bağlı araşdırma aparılır

Faktla bağlı araşdırma aparılır

Biləsuvar. 25 aprel. REPORT.AZ/ Biləsuvar rayonunda yol-nəqliyyat hadisəsi baş verib. 

“Report”un Aran bürosu xəbər verir ki, hadisə Ələt-Astara magistralının rayon ərazisindən keçən hissəsində qeydə alınıb. 

İki avtomobilin toqquşması nəticəsində Masallı rayon sakini, 40 yaşlı Səkinə Firudin qızı Abdullayeva müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralı Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Xəstəxanada ilk tibbi yardım göstərildikdən sonra o, travmatologiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.