BƏƏ-də hava şarı yerə düşüb, 7 nəfər yaralanıb

Zərərçəkənlər Asiya və Avropa ölkələri vətəndaşlarıdırlar

Zərərçəkənlər Asiya və Avropa ölkələri vətəndaşlarıdırlar

Bakı. 17 yanvar. REPORT.AZ/ Yanvarın 14-də Birləşmiş Ərəb Əmirliklərində turistləri gəzdirən hava şarının qəzaya uğraması nəticəsində altısı turist olmaqla 7 nəfər xəsarət alıb.

"Report" xəbər verir ki, bu barədə yerli polisə istinadən "Sinxua" məlumat yayıb.

Zərər çəkən turistlər Asiya və Avropa ölkələri vətəndaşları olublar.

İnsident BƏƏ-nin Şarqa səhrasında baş verib. Hadisəyə güclü külək və texniki nasazlığın səbəb ola biləcəyi ehtimal edilir.