"Ən-Nusra Cəbhəsi" "Dəstə 30" qruplaşmasının liderini ələ keçirib

Nadim əl-Həsənlə birlikdə bir neçə üsyançı da qaçırılıb

Nadim əl-Həsənlə birlikdə bir neçə üsyançı da qaçırılıb

Bakı. 31 iyul. REPORT.AZ/ "Ən-Nusra Cəbhəsi" təşkilatı Suriyanın şimalında ABŞ-ın Türkiyədəki bazasında təlim keçmiş "Dəstə 30" qruplaşmasının liderini ələ keçirib.

"Report" "Reuters" agentliyinə istinadən xəbər verir ki, "Dəstə 30" qruplaşmasının üzvləri "ən-Nusra Cəbhəsi" təşkilatını onların lideri Nadim əl-Həsəni ələ keçirməkdə ittiham edirlər.

Məlumata görə, Hələbdən şimalda yerləşən Aazaz şəhərindən üsyançı qrupların əlaqələndirilməsi üzrə görüşdən qayıdan zaman sözügedən qrupun lideri və bir neçə üsyançı oğurlanıb.