Dəməşqdə polis məntəqəsinə hücum olub, xeyli sayda ölən və yaralananlar var

Polis məntəqəsində içərisində partlayıcı olan avtomobil də partladılıb

Polis məntəqəsində içərisində partlayıcı olan avtomobil də partladılıb

Bakı. 2 oktyabr. REPORT.AZ/ Suriyanın paytaxtı Dəməşqin əl-Midan rayonunda polis məntəqəsinə iki terrorçu-kamikadzenin hücumu nəticəsində 15 nəfər ölüb, xeyli sayda insan yaralanıb.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, hücum zamanı bir neçə partlayış törədilib.

Polis məntəqəsində içərisində partlayıcı olan avtomobil də partladılıb. 

Ölənlərin arasında polislərin də olduğu bildirilir.