Milli Məclisin komitə iclasında 13 qanuna dəyişiklik layihəsi müzakirə olunub

Bakı. 29 mart. REPORT.AZ/ Bu gün Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclası keçirilib.

“Report”un xəbərinə görə, iclasda 13 qanuna dəyişiklik layihəsi müzakirəyə çıxarılıb.

Bunlar “Dövlət qulluğu haqqında”, “Əmək pensiyaları haqqında”, “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında”, “İcra haqqında”, “Könüllü fəaliyyət haqqında”, “Sosial müavinətlər haqqında”, “Sosial sığorta haqqında”, “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında”, “Ünvanlı dövlət sosial yardımı haqqında” və “Azərbaycan Respublikasında vətəndaşların pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsi haqqında” qanunlarına dəyişiklik layihələridir. Bu dəyişikliklər texniki xarakterlidir.

Bundan başqa, Cinayət, İnzibati Xətalar və Vergi məcəllələrinə də dəyişiklik layihələri müzakirə edilib.

Qanunlara edilən dəyişiklik layihələri Milli Məclisin plenar iclasına tövsiyə olunub.