​CAR-da cinayətkara 525 il həbs cəzası verilib

Məhkəmə 40 yaşlı Lourensi 21 zorlama aktında müqəssir bilib

Məhkəmə 40 yaşlı Lourensi 21 zorlama aktında müqəssir bilib

Bakı. 9 mart. REPORT.AZ/ CAR sakini müqəssir bilindiyi 21 zorlama aktına görə 525 il müddətinə azadlıqdan məhrum edilib.

"Report" xəbər verir ki, bu barədə "Nehanda" radiostansiyası məlumat yayıb.

Yohannesburq Ali məhkəməsi 40 yaşlı Lourens Mabundunu 21 zorlama, 13 qarət və bir sui-qəsd cinayətində müqəssir bilib.

Müəyyən olunub ki, cinayətkar taksi adı ilə qadınları maşınına mindirərək açıq sahəyə aparıb və orada onları bıçaqla hədələyərək zorlayıb.