ABŞ Suriyaya hərbi müdaxiləni nəzərdən keçirir

Prezident Tramp Pentaqon ilə bunun mümkünlüyünü müzakirə edib

Prezident Tramp Pentaqon ilə bunun mümkünlüyünü müzakirə edib

Bakı. 6 aprel. REPORT.AZ/ ABŞ prezidenti Donald Tramp Konqres üzvlərinə bildirib ki, İdlibdə qeydə alınan kimyəvi hücumdaan sonra Suriyaya qarşı hərbi tədbirlər görməyi nəzərdə keçirir.

"Report" xəbər verir ki, bu barədə mənbəyə istinadən CNN telekanalı məlumat yayıb.

Kanal həmsöhbətinin sözlərinə görə, prezident bunu Konqresin bir neçə üzvünə deyib.

O əlavə edib ki, prezident vəziyyətin ciddi olduğunu etiraf edib və hərbi əməliyyatları İdlibə kimyəvi hücuma qarşılıq kimi nəzərdən keçirir.

Mənbə qeyd edib ki, yekun qərar hələ qəbul olunmayıb və mümkün əməliyyatlar müdafiə idarəsinin rəhbəri Ceyms Mettis ilə müzakirə olunur.