Zaqatalada gün ərzində ikinci dəfə zəlzələ olub - FOTO - VIDEO - YENİLƏNİB

Zaqatalada gün ərzində ikinci dəfə zəlzələ olub.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən "Report"a bildirilib ki, təkanlar yerli vaxtla saat 15:22-də Zaqatala stansiyasından 14 km cənub-qərbdə qeydə alınıb. Zəlzələ episentrdə 4 bal, yaxın ətraf rayonlarda 3 bala qədər hiss olunub.


*** 11:55

Zaqatalada 4,9 ballıq zəlzələ olub. 

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən "Report"a bildirilib ki, təkanlar yerli vaxtla saat 11:35-də Zaqatala stansiyasından 17 km cənub-qərbdə Zaqatala ərazisində qeydə alınıb.

Maqnituda 4.9, dərinliyi 2 km olan zəlzələ episentrdə 6 bal, ətraf rayonlarda 5-3 bala qədər hiss olunub. 

“Report”un Gürcüstan bürosu xəbər verir ki, bu yeraltı təkanlar Tbilisi daxil olmaqla, bütün Gürcüstan ərazisində hiss olunub. Zəlzələnin dağıntılara səbəb olması barədə hələ məlumat yoxdur. 


*** 11:44

Qaxda zəlzələ olub.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə bugün səhər saat 11-35-də Qax rayonu ərazisində zəlzələ olub.

Yerli sakinlərin sözlərinə görə yeraltı təkanlar bir dəfə hiss olunub. 

Zəlzələ Qax şəhərində və ətraf kəndlərdə hiss olunub.