​54 nəfər Bəşşar Əsəd qüvvələrinin bombardmanlarının qurbanı olub

Əş-Şəər məhəlləsinin bombalanması nəticəsində 9 nəfər həyatını itirib

Əş-Şəər məhəlləsinin bombalanması nəticəsində 9 nəfər həyatını itirib

Bakı. 30 may. REPORT.AZ/ Suriyada Bəşşar Əsədə bağlı silahlı qüvvələrin Hələb şəhərinə helikopterdən atdığı "çəllək bombaları" nəticəsində azı 54 nəfər ölüb.

"Report" "Anadolu" Agentliyinə istinadən xəbər verir ki, bu haqda Suriya İnsan Haqlarını Müdafiə Təşkilatı məlumat yayıb.

Xəbərdə bildirilib ki, Hələbin əl-Bab rayonunun bombalanması nəticəsində 45 nəfər ölüb.

9 nəfər isə şəhərin əş-Şəər məhəlləsinə düşən bombaların qurbanı olub.