Səməd Seyidov Azərbaycanda ABŞ-dakı kimi debatların keçirilməsinin mümkünlüyünə münasibət bildirib

"Azərbaycanda da belə debatların keçirilməsi üçün insanın qarşısında normal, layiqli namizəd olmalıdır"

Bakı. 9 noyabr. REPORT.AZ/ Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov Azərbaycanda ABŞ-dakı kimi debatların keçirilməsinin mümkünlüyünə münasibət bildirib.  

"Report"un məlumatına görə, S.Seyidov deyib ki, Azərbaycanda da belə debatların keçirilməsi üçün insanın qarşısında normal, layiqli namizəd olmalıdır: "Hazırda müxalifət liderlərindən heç birinin layiqli namizədiyoxdur".