Şəmkirdə 36 yaşlı kişini qatar vuraraq öldürüb

Şəmkir. 12 sentyabr. REPORT.AZ/ Şəmkir rayonunda 36 yaşlı kişini qatar vuraraq öldürüb.

“Report”un yerli bürosunun verdiyi məlumata görə, hadisə Bakı-Gürcüstan dəmiryol xəttinin rayonun Keçili kəndi ərazisindən keçən hissəsində baş verib. 

Toy şənliyindən çıxaraq dəmir yolu xətti ilə piyada hərəkət edən rayonun Çaparlı kənd sakini, 1982-ci il təvəllüdlü Qalib Xudaverdi oğlu Balayev qatarın fitini gec eşitdiyinə görə lokomotiv onu vuraraq kənara atıb. Ağır bədən xəsarəti alan Q.Balayev hadisə yerində keçinib.

Faktla bağlı Şəmkir Rayon Prokurorluğunda araşdırma aparılır.