İŞİD Kabildə törədilən partlayışa görə məsuliyyəti üzərinə götürüb

Bakı. 22 iyul. REPORT.AZ/ İŞİD terror qruplaşması Əfqanıstanın paytaxı Kabildəki Həmid Kərzayi adına hava limanında törədilən partlayışa görə məsuliyyəti üzərinə götürüb.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

Qeyd edək ki, hava limanında baş verən partlayış zamanı 16 nəfər ölüb. Hadisə zamanı ölənlərin əksəriyyəti təhlükəsizlik qüvvələrinin əməkdaşlarıdır. Partlayış zamanı daha 60 nəfər xəsarət alıb. 

Partlayış ölkənin vitse-prezidenti Əbdül Rəşid Dostum hava llimanını tərk edən zaman törədilib.