Azərbaycan ötən ilin 11 ayında Rusiyadan 21 min dollarlıq fişəng idxal edib

Bakı. 11 yanvar. REPORT.AZ/ Azərbaycan ötən ilin yanvar-noyabr ayları ərzində Rusiyadan 21 min ABŞ dolları dəyərində fişəng idxal edib.

“Report” bu barədə Rusiya mətbuatına istinadən xəbər verir. 

Məlumata görə, 11 ay ərzində Rusiyanın ümumi fişəng ixracının dəyəri isə 696 min dollar təşkil edib. Bu isə 2017-ci ilin eyni dövrü ilə müqayisədə 36% azdır.

Hesabat dövründə Rusiya istehsalı olan fişənglərin əsas alıcısı Türkmənistan olub. Belə ki, Türkmənistan bu ölkədən 360 min dollarlıq fişəng idxal edib ki, bu da ümumi idxalın 52%-nə bərabərdir. Bu müddətdə Qazaxıstan Rusiyadan 229 min dollarlıq, Özbəkistan 70 min dollarlıq, Ukrayna 9 min dollarlıq, Belarus isə 6 min dollarlıq fişəng idxal edib.