ABŞ Serbiya və Venesuela vətəndaşlarına sanksiya tətbiq edib

ABŞ hökuməti Serbiya və Venesuela vətəndaşı olan 20 hüquqi və 17 fiziki şəxsə qarşı “Maqnitski aktı” çərçivəsində sanksiya tətbiq edib.

“Report” ABŞ-ın Maliyyə Nazirliyinin internet saytına istinadən xəbər verir ki, bu tədbirlər Venesuelada insan hüquqlarının pozulması ilə bağlıdır.