Meksikada toqquşmalar nəticəsində 16 nəfər ölüb

Ölənlərdən 6-sı polis, 10-nu isə cinayətkardır

Ölənlərdən 6-sı polis, 10-nu isə cinayətkardır

Bakı. 18 aprel. REPORT.AZ/ Meksikanın Gerrero ştatında cinayətkarlarla polis arasında baş verən toqquşmalar zamanı 16 nəfər ölüb.

"Report" "El Universal" nəşrinə istinadən xəbər verir ki, Valyesitos de Saraqos yaşayış məntəqəsində konvoya hücum nəticəsində 6 polis əməkdaşı həyatını itirib.

Bildirilir ki, daha bir hadisə Koakoül şəhərində baş verib. Orada silahlı mülki şəxslərlə asayiş keşikçiləri arasında atışma nəticəsində 10 şübhəli şəxs öldürülüb.