Pakistanda avtobus qəzası nəticəsində 10 nəfər ölüb

Pakistanın cənubunda avtobusun qəzaya uğraması nəticəsində 10 nəfər ölüb, 24-ü yaralanıb.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə "Samaa" telekanalı məlumat yayıb.

Hadisə şənbə günü günorta Şahpur-Çakar şəhəri yaxınlığında yerləşən Sanqhar dairəsində olub. Sürətlə gedən avtobus qarşıdakı nəqliyyat vasitəsinə çırpılıb.

Ölənlər arasında 5 qadın, 3 uşaq və 2 kişi var. Yaralılar yerli xəstəxanaya yerləşdirilib.