Səfirlik: Türkiyənin Azərbaycana viza rejimi tətbiq etməsi gözlənilmir

"Azərbaycan vətəndaşları turist kimi vizasız Türkiyəyə 30 günlük səyahət edə bilərlər"

Bakı. 8 yanvar. REPORT.AZ/ "Hazırda Türkiyə ilə Azərbaycan arasında viza rejiminin tətbiqi gözlənilmir".

"Report"un məlumatın görə, bunu Türkiyənin Azərbaycandakı səfirliyindən bildiriblər.

Səfirlikdən bildirilib ki, Türkiyənin Azərbaycan vətəndaşlarına viza tətbiqi edəcəyi haqda mətbuatda yayılan xəbərlər həqiqətə uyğun deyil: "Azərbaycan vətəndaşları turist kimi vizasız ölkəmizə 30 günlük səyahət edə bilərlər".

Qeyd edək ki, ötən gün Türkiyə KİV-i 89 ölkəyə, o cümlədən Azərbaycana 2016-сi ilin iyunundan viza tətbiq ediləcəyi haqda xəbər yayıb.