​Nigeriyada terrorçular 7 nəfəri qətlə yetiriblər

"Onlar yeddi kənd sakinini öldürüblər, taxıl və bütün mal-qaranı aparıblar..."

Bakı. 18 Avqust. REPORT.AZ/ Nigeriyanın şimal-şərqində yerləşən Borno ştatında "Boko Haram" terrorçularının kəndə hücumu nəticəsində yeddi nəfər qətlə yetirilib.

"Report" xəbər verir ki, terrorçular səhər saatlarında Damasak balıqçı şəhəri yaxınlığında yerləşən Avonori kəndinə basqın ediblər.

"Onlar yeddi kənd sakinini qətlə yetiriblər, taxılı və bütün mal-qaranı aparıblar...", - deyə Damasak şəhərində Balıqçıların Həmkarlar İttifaqının sədri Məhəmməd Modu Van Van məlumat verib. Borno ştatında Balıqçıların Həmkarlar İttifaqının sədri Əbubakar Qamandi faktı təsdiqləyib.