Bakıdakı çimərliklərdən birində oğurluq hadisəsi baş verib

Faktla bağlı araşdırma aparılır

Faktla bağlı araşdırma aparılır

Bakı. 3 avqust. REPORT.AZ/ Mərdəkan çimərliyində avtomobildən pul oğurlayan şəxs tutulub. "Report" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumata əsasən, Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Xəzər rayonu ərazisindəki Mərdəkan çimərliyində Abşeron rayon sakini Elnur Bayməmmədliyə məxsus "Mercedes" markalı avtomobildən 860 manat oğurlayan Bakı şəhər sakini Aqil Əliyev tutulub.

Faktla bağlı araşdırma aparılır.