Bakıdakı bir neçə kitabxananın direktoru dəyişdirilib

Bakı. 2 iyul. REPORT.AZ/ Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin şəbəkəsinə daxil olan bir neçə kitabxananın direktoru dəyişib. 

İdarədən "Report"a verilən məlumata görə, Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (M.Ş.Vazeh adına kütləvi kitabxana) direktoru Vəfa Ramiz qızı Qulieva işdən azad olunaraq Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminə (M.Müşfiq adına kütləvi kitabxana) direktor, Lətifə Adil qızı Məmmədova isə Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminə direktor vəzifələrinə təyin olunublar.

İdarənin digər əmrinə əsasən, Elmara Qəzənfər qızı Məcidova Xətai rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 2 saylı filianın direktoru vəzifəsinə təyin edilib.