Siyəzəndə dənizdə 54 yaşlı kişinin meyiti tapılıb - YENİLƏNİB

Siyəzən. 29 avqust. REPORT.AZ/ Xəzər dənizinin Siyəzən rayonu ərazisindən keçən sahilindən tapılan kişi meyitinin kimə aid olduğu məlum olub."Report"un Şimal bürosu xəbər verir ki, hadisə yerinə cəlb olunmuş Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən meyit sudan çıxarılıb və müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Siyəzən rayon şöbəsinə yerləşdirilib. 

Məlum olub, meyit 1964-cü il təvəllüdlü Fərəməz Əsgər oğlu Ələsgərova məxsusdur. Onun hansı şəraitdə öldüyü məlum deyil.


***19:3

Siyəzən. 29 avqust. REPORT.AZ/ Siyəzən rayonunda naməlum kişi meyiti aşkarlanıb.

"Report"un Şimal bürosu xəbər verir ki, Xəzər dənizinin Siyəzən rayonu ərazisindən keçən sahilində naməlum kişi meyiti aşkarlanıb.

Əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib. 

Faktla bağlı araşdırmalara başlanılıb.