Almaniyanın müdafiə naziri istefa verəcəyini açıqlayıb

Almaniyanın müdafiə naziri Ursula fon der Leyen Avropa Komissiyası prezidentliyinə namizəd olduğu üçün istefa verəcək.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə nazir özü açıqlama verib.

“Avropa Komissiyası prezidentliyinə keçiriləcək seçkilərin nəticəsindən asılı olmayaraq istefa verəcəyəm", - deyə nazir qeyd edib.

Xatırladaq ki, Avropa Komissiyası prezidentliyinə seçkilər iyulun 17-də keçiriləcək.