​Parisdə sinaqoq yaxınlığında atışma baş verib

Fransa polisi sinaqoqun yerləşdiyi küçəni mühasirəyə alıb, nəqliyyatın hərəkəti tamamilə dayandırılıb

Fransa polisi sinaqoqun yerləşdiyi küçəni mühasirəyə alıb, nəqliyyatın hərəkəti tamamilə dayandırılıb

Bakı. 10 yanvar. REPORT.AZ/ Fransanın paytaxtı Paris şəhərində silah səslərinin eşidildiyi və sinaqoq yaxınlığında bir şəxsin girov götürülməsi barədə məlumatlar yayılıb.

"Report"un "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, Fransa polisi sinaqoqun yerləşdiyi Jan Nohain küçəsini mühasirəyə alıb, nəqliyyatın hərəkəti tamamilə dayandırılıb, küçəyə giriş bağlanılıb.

Xəbərdə polisin əməliyyata hazırlaşdığı da qeyd edilib.