"Neyt" qasırğası Meksika körfəzinin mərkəzinə yaxınlaşıb

Hazırda qasırğanın içərisində küləyin sürəti 130 km/saat təşkil edir

Hazırda qasırğanın içərisində küləyin sürəti 130 km/saat təşkil edir

Bakı. 7 oktyabr. REPORT.AZ/ "Neyt" qasırğası Meksika körfəzinin mərkəzinə yaxınlaşıb.

"Report" xəbər verir ki, bu barədə ABŞ-ın Milli Qasırğa Mərkəzi məlumat yayıb.

Hazırda qasırğanın içərisində küləyin sürəti 130 km/saat təşkil edir.

Bu gün ərzində qasırğanın körfəzi keçərək quru sahəyə çatacağı gözlənilir.

Xatırladaq ki, "Neyt" qasırğasının yaxınlaşması ilə əlaqədar Yeni Orlean ştatında komendant saatı rejimi tətbiq edilməyə başlayıb.