Bakı sakinindən Şəkidə külli miqdarda narkotik vasitə aşkarlanıb

Şəki. 30 mart. REPORT.AZ/ Bakı şəhər sakinindən Şəkidə külli miqdarda narkotik vasitə aşkar edilib.

Bu barədə "Report"un Şimal-qərb bürosuna DİN mətbuat xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, martın 29-da Şəki Şəhər Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən narkotik maddələrin qanunsuz dövriyyəsinə qarşı növbəti uğurlu əməliyyat tədbiri keçirilib. 

Belə ki, əvvəllər məhkum olunmuş Bakı şəhər sakini Rafiq Adilov şəhər ərazisində saxlanılıb və şübhəli şəxs kimi Polis Şöbəsinə gətirilib. Üzərinə şəxsi axtarış keçirilən zaman 1 ədəd sellofan torbanın içərisində çəkisi 1 kq 05 qram narkotik vasitə olan qurudulmuş marixuana, 0.312 qr heroin aşkar edilərək götürülüb.

Faktla bağlı ŞRPŞ-nin İstintaq bölməsində araşdırma aparılır.