Masallıda birmərtəbəli ev yanıb

hadisə Köcəkli kəndində qeydə alınıb

hadisə Köcəkli kəndində qeydə alınıb

Bakı. 13 fevral. REPORT.AZ/ Masallı rayonunnda birmərtəbəli ev yanıb.

“Report” Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən xəbər verir ki, hadisə Köcəkli kəndində (rayon mərkəzindən 17 km aralı) qeydə alınıb.

Belə ki, vətandaşa məxsus ümumi sahəsi 80 kv.m olan 2 otaqlı evin 1 otağının yanar konstruksiyaları və dam örtüyü 32 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 23:50-də yanğınsöndürənlər tərəfindən söndürülüb.