Oqtay Əsədov: "Azərbaycan Rusiyaya qarşı sanksiyalara qoşulmaqdan imtina etdiyinə görə Qərb ölkələrinin təzyiqinə məruz qalıb"

"Prezidentimiz müstəqil siyasət yürütmək istəyir, çoxları da bunu bəyənmir"

Bakı. 26 oktyabr. REPORT.AZ / "Azərbaycan Rusiyaya qarşı sanksiyalara qoşulmaqdan imtina etdiyinə görə Qərb ölkələrinin təzyiqinə məruz qalıb". "Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Milli Məclisinin sədri Oqtay Əsədov deyib.

Rusiya KİV nümayəndələri ilə görüşdə Əsədov fikrini belə izah edib: "Bizə qarşı olan təzyiqin əsas mahiyyəti Azərbaycanın Rusiyaya qarşı sanksiyalara qoşulmaması idi. Biz öz siyasətimizi aparmaq istəyirik. Prezidentimiz müstəqil siyasət yürütmək istəyir, çoxları da bunu bəyənmir. Bizə qarşı hücumun da mahiyyəti budur".