İndoneziyada zəlzələ nəticəsində ölənlərin sayı 347 nəfərə çatıb

Bakı. 9 avqust. REPORT.AZ/ İndoneziyanın Lombok adasında baş verən güclü zəlzələ nəticəsində ölənlərin sayı 347 nəfərə çatıb.

“Report” xəbər verir ki, bu barədə "CNN Indonesia" məlumat yayıb.

Avqustun 5-də İndoneziyada 7 maqnituda gücündə zəlzələ baş verib.