Fransada atışma olub, ölən və yaralananlar var

Bakı. 30 yanvar. REPORT.AZ/ Fransada atışma olub.

"Report" xəbər verir ki, bu barədə "France Press" məlumat yayıb.

Məlumata görə, hadisə Korsika adasında, Bastiya şəhərində baş verib. Hadisə zamanı 5 nəfər yaralanıb. BFM telekanalı isə polisdəki mənbəyə istinadən atışma zamanı 1 nəfərin öldüyünü xəbər verib.

Hadisənin təfərrüatı açıqlanmır.

Daha əvvəl Sena və Marna departamentlərində baş vermiş atışmada 3 nəfər yaralanıb.