Ağ Ev Suriya hərbçilərinin ölümü ilə bağlı təəssüf hissini ifadə edib

Hücum nəticəsində Suriya ordusunun 62 hərbçisi ölüb, 100 nəfər yaralanıb

Hücum nəticəsində Suriya ordusunun 62 hərbçisi ölüb, 100 nəfər yaralanıb

Bakı. 18 sentyabr. REPORT.AZ/ Ağ ev şənbə günü Suriyada Qərb koalisiyası tərəfindən endirilən hava zərbəsindən sonra yerli hərbçilərin ölümü ilə bağlı təəssüf hissini ifadə edib.

"Report" xəbər verir ki, bu barədə ABŞ-ın Prezident Administrasiyası nümayəndəsinə istinadən "Associated Press" məlumat yayıb.

ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiya təyyarələri Suriyanın Deyr-əz-Zor şəhərinin eyniadlı əyalətində hökumət qüvvələrinə havadan 4 zərbə endirib.

Hücum nəticəsində Suriya ordusunun 62 hərbçisi ölüb, 100 nəfər yaralanıb.