Azərbaycan meyvə-tərəvəz ixracını 40% artırıb

Bakı. 18 fevral. REPORT.AZ/ Bu ilin2019-cu ilin yanvar ayında Azərbaycan 43,43 mln. ABŞ dolları dəyərində 47,394 min ton meyvə-tərəvəz ixrac edib.

“Report” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 8,545 mln. dollar (və yaxud 24,5%) və 13,453 min ton (və yaxud 39,6%) çoxdur.

Ötən ay meyvə-tərəvəzin ixracı Azərbaycanın ümumi ixracının 3,4%-ni təşkil edib.