Çində baş vermiş zəlzələ zamanı xəsarət alanların sayı 343 nəfərə çatıb

Zəlzələ nəticəsində 19 nəfər həlak olub

Zəlzələ nəticəsində 19 nəfər həlak olub

Bakı. 10 avqust. REPORT.AZ/ Çinin Sıçuan vilayətində baş vermiş zəlzələ zamanı xəsarət alanların sayı 343 nəfərə çatıb.

"Report" xəbər verir ki, bu barədə Çinin Mərkəzi Televiziyası məlumat yayıb.

"Çərşənbə axşamı, saat 22:10-a olan məlumata görə, Çzyuçjayqou kəndində 7 maqnitudalı zəlzələ nəticəsində 19 nəfər həlak olub, daha 343 nəfər xəsarət alıb", - deyə telekanalın məlumatında bildirilir.

Qeyd olunur ki, 13 nəfər ağır xəsarət alıb, onlardan 2-nin vəziyyəti kritikdir. Tibet-Sayan muxtar vilayətinin Sıçuan vilayətinin Çzyuçjayqou kəndində baş vermiş zəlzələ 6,5 maqnitudalı olub. Sonradan Çinin Seysmologiya Mərkəzi zəlzələnin 7 maqnitudalı olduğunu dəqiqləşdirib.