Myanmada yoxa çıxmış hərbi təyyarənin qəzaya uğradığı məlum olub

"Biz itmiş təyyarən qalıqlarını və bir neçə cəsədi tapdıq" – deyə Myanma ordusunun komandanı bildirib

Bakı. 8 iyun. REPORT.AZ/ Myanmada yoxa çıxmış hərbi təyyarənin qalıqları sərnişinlərin cəsədləri ilə birlikdə dənizdə tapılıb.

"Report"un məlumatına görə, bu barədə "Agency France Presse" hərbçilərə istinadən xəbər verib.

"Biz itmiş təyyarən qalıqlarını və bir neçə cəsədi tapdıq" – deyə Myanma ordusunun komandanı Min Aun Xlainq bildirib.

Myanmanın cənub sahillərindən Yanqona uçan təyyarə Davey şəhərindən 20 mil məsafədə, dəniz üzərində radarlardan itib. Son məlumatlara görə, gəminin göyərtəsində 122 nəfər, o cümlədən 15 uşaq olub.