Qələbənin 74-cü ildönümü münasibətilə Azərbaycan Ordusunda bir sıra tədbirlər keçiriləcək

Böyük Vətən müharibəsində faşizm üzərində Qələbənin 74-cü ildönümü münasibətilə Müdafiə Nazirliyinin tabeliyində olan birlik, birləşmə, hərbi hissə və xüsusi təyinatlı hərbi təhsil müəssisələrində silsilə tədbirlər keçiriləcək.

Bu barədə "Report"a Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.  

Müdafiə nazirinin təsdiq etdiyi plana əsasən, şəxsi heyət tərəfindən Böyük Vətən müharibəsi illərində həlak olan həmvətənlərimizin xatirəsinə ucaldılan abidələr ziyarət olunacaq, müharibə veteranları ilə görüşlər keçiriləcək, onların qəhrəmanlıqları haqqında filmlər göstəriləcək və digər mədəni-kütləvi tədbirlər təşkil olunacaq.