ABŞ-da avtobus ağaca çırpılıb, 26 uşaq xəsarət alıb

Xəsarət alanların hamısı xəstəxanaya çatdırılıb

Xəsarət alanların hamısı xəstəxanaya çatdırılıb

Bakı. 21 aprel. REPORT.AZ/ ABŞ-ın Qərbi Virciniya ştatında məktəbliləri daşıyan avtobus ağaca çırpılıb.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, hadisə nəticəsində 26 məktəbli və daha bir nəfər xəsarət alıb.

Qəza qonşu Qərbi Virciniyaya gedən Ohayo məktəbinin futbol komandasının oyunçularını daşıyan avtobusun iştirakı ilə baş verib. Məlumata görə, xəsarət alanların hamısı xəstəxanaya çatdırılıb və onların həyatı üçün təhlükə yoxdur.

Polisin məlumatına görə, qəza zamanı avtobusda təxminən 40 nəfər olub. İlkin ehtimala görə, qəza avtomobilin sürət həddini aşması nəticəsində baş verib.

Polis hadisə ilə bağlı araşdırma aparır.