ABŞ prezidenti dünya bazarında süni devalvasiya ilə mübarizə aparacaq

"Biz vahid oyun qaydaları müəyyənləşdirəcəyik"

Bakı. 11 fevral. REPORT.AZ/ ABŞ prezidenti Donald Tramp müxtəlif ölkələrin ixracatçıları dəstəkləmək üçün istifadə etdikləri süni devalvasiya ilə mübarizə aparacağına söz verib.

"Report" "Reuters"ə istinadən xəbər verir ki, bunu o, Vaşinqtonda keçirilən mətbuat konfransında deyib.

"Mən valyutanın devalvasiyasına qədər bununla bağlı uzun müddət şikayətçi olmuşam. Düşünürəm ki, biz, nəticə etibarı ilə bir çoxlarının düşündüyündən də tez bir vaxtda vahid oyun qaydaları müəyyənləşdirəcəyik", - deyə Tramp bildirib.