Gürcüstanın builki elektrik enerjisi idxalının 64%-i Azərbaycandan olub

Bu ilin yanvar-noyabr aylarında Gürcüstan Azərbaycandan 904,006 milyon kilovatt/saat elektrik enerjisi idxal edib.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə “Gürcüstanın elektrik enerjisi sisteminin kommersiya operatoru”nun (ESCO) məlumatında bildirilir.

Məlumata görə, 11 ay ərzində qonşu ölkənin idxal etdiyi elektrik enerjisinin ümumi həcmi 1 415,98 milyon kilovatt/saat təşkil edib. Bu həcmin isə 63,8%-ni Azərbaycan təmin edib.

Hesabat dövründə Gürcüstanın ixrac etdiyi elektrik enerjisinin həcmi 243,42 milyon kilovatt/saata bərabər olub ki, bunun da 12,104 milyon kilovatt/saatını Azərbaycan idxal edib.

Yanvar-noyabr aylarında Gürcüstan Azərbaycandan Türkiyəyə 116,69 milyon  kilovatt/saat həcmində elektrik enerjisi tranziti həyata keçirib.