Tramp: "Səudiyyə Ərəbistanı ABŞ-ın əvəzinə Suriyanın bərpasını maliyyələşdirəcək"

Bakı. 24 dekabr. REPORT.AZ/ Səudiyyə Ərəbistanı hökuməti ABŞ-ın əvəzinə Suriyanın bərpası üçün vəsait ayırmağa razılaşıb.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp özünün "Twitter" səhifəsində yazıb.

"Səudiyyə Ərəbistanı ABŞ-ın əvəzinə Suriyanın bərpası üçün lazımi vəsait ayırmağa razılıq verib. Görürsünüz? Məgər Suriyadan 5 min mil məsafədə olan böyük ABŞ-ın deyil, fövqəladə zəngin ölkənin qonşularının bərpasına kömək etməsi xoş deyil?", - deyə o yazıb.

ABŞ prezidenti daha əvvəl bildirib ki, Suriyada İŞİD-in qalıqlarının məhv edilməsi ilə yerli ölkələr, o cümlədən Türkiyə məşğul olacaq.