Küveyt Beyruta uçuşları dayandırıb

Bakı. 12 aprel. REPORT.AZ/ Küveyt Hava Yolları aprelin 12-dən etibarən Livanın paytaxtı Beyruta uçuşları dayandırıb.

“Report” “Ahaber”ə istinadən xəbər verir ki, məlumatı Küveyt Hava Yolları “Twitter” səhifəsində yayıb.

Bildirilib ki, Kiprin yunanlara aid hissəsinin hava məkanı təhlükəli olduğu üçün Küveyt Hava Yolları Beyruta uçuşları dayandırıb.