Gəncədə 4 yaşlı uşağın üzərinə qaynar su tökülüb

Faktla bağlı araşdırma aparılır

Faktla bağlı araşdırma aparılır

Gəncə. 10 iyul. REPORT.AZ/ Gəncə şəhərində 4 yaşlı uşağın üzərinə qaynar su ilə dolu olan samovar aşıb.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə şəhərin Nizami rayonu ərazisində baş verib. 

Belə ki, şəhər sakini, 2013-cü il təvəllüdlü Abülfətli Abbas Ramin oğlunun üzərinə qaynar su ilə dolu olan samovar aşıb. 

Müxtəlif dərəcəli yanıq xəsarətləri alan uşaq xəstəxanaya yerləşdirilib, onun vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.