Xəzər rayonunda evdən külli miqdarda oğurluq olub

Faktla bağlı araşdırmalar aparılır

Faktla bağlı araşdırmalar aparılır

Bakı. 6 aprel. REPORT.AZ/ Bakı şəhəri, Xəzər rayonunda evdən külli miqdarda oğurluq olub.

“Report”un xəbərinə görə, rayonun Binə qəsəbəsində yeni yaşayış sahəsində yaşayan 1997-ci il təvəllüdlü Famil Hüseynovun evindən plastik pəncərəni açmaqla 8 000 manat, televizor və noutbuk oğurlanıb.

Faktla bağlı hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən araşdırmalar aparılır.