​Fransa səfiri Azərbaycan xalqına başsağlığı verib

“Paytaxtdakı binada baş vermiş faciəvi yanğın xəbərindən sarsıldıq”

“Paytaxtdakı binada baş vermiş faciəvi yanğın xəbərindən sarsıldıq”

Bakı. 20 may. REPORT.AZ/ Fransanın Azərbaycandakı səfiri Paskal Monye mayın 19-da Bakı şəhərinin Binəqədi rayonunda baş verən yanğın hadisəsi ilə bağlı başsağlığı verib. Bu barədə “Report”a səfirliyin mətbuat xidmətindən bildirilib.

“Paytaxtdakı binada baş vermiş faciəvi yanğın xəbərindən sarsılaraq, Fransanın Azərbaycandakı səfiri və səfirliyin əməkdaşları qurbanların yaxınlarına və Azərbaycan xalqına dərin hüznlə başsağlığı verirlər”, - açıqlamada qeyd olunub.