​Qaxda iki avtomobil toqquşub, 4 nəfər xəsarət alıb - FOTO

Qəza zamanı iki "VAZ 2106" markalı avtomobil toqquşub

Qəza zamanı iki

Bakı. 13 dekabr. REPORT.AZ/ Qax şəhərinin Natavan küçəsində ağır yol qəzası baş verib.

"Report" xəbər verir ki, iki "VAZ 2106" markalı avtomobilin toqquşması nəticəsində 4 nəfər xəsarət alıb.

Hadisə nəticəsində yaralanan Qax şəhər sakinləri - avtomobillərdən birinin ("34-BD-293" qeydiyyat nişanlı) sürücüsü, 1993-cü il təvəllüdlü Züliyev Ramazan İlqar oğlu, taksi xidməti ilə məşğul olan digər avtomobilin ("34-BB-512" qeydiyyat nişanlı) sürücüsü, 1955-ci il təvəllüdlü Əhmədov Məmməd Qədir oğlu, onun sərnişinləri - 1968-ci il təvəllüdlü Rəcəbova Ceyran və 1971-ci ci il təvəllüdlü Məmmədova Həyat Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Hadisə yerinə Qax rayon Dövlət Yanğından Mühafizə Xidmətinin bir yanğınsöndürən maşını cəlb olunub.

Faktla bağlı Qax rayon Polis şöbəsində araşdırma aparılır.