ABB: İntihar məsələsi bankla bağlı deyil

İntihar etmək istəyən vətəndaşı vaxtilə bankda sürücü işləmiş şəxs aldadıb

İntihar etmək istəyən vətəndaşı vaxtilə bankda sürücü işləmiş şəxs aldadıb

Bakı. 28 aprel. REPORT.AZ/ Azərbaycan Beynəlxalq Bankı (ABB) Bankın baş ofisinin qarşısında intihar etmək istəyən şəxslə bağlı xəbərə aydınlıq gətirib. 

Bankın mətbuat xidmətindən “Report”a verilən məlumata görə, vətəndaş Emil Natiq oğlu Əliyevin etirazı ABB-nin fəaliyyətinə aid deyil. 

Onun etirazı vaxtı ilə Bankda sürücü işləmiş şəxslə bağlı olub. Belə ki, həmin şəxs E.Əliyevin etibarından sui-istifadə edərək ondan pul alıb və geri qaytarmayıb.

“Vətəndaşlara qarşı bu cür dələduzluq əməlləri üzə çıxarılan sürücü ötən il işdən kənarlaşdırılıb. Eyni zamanda, bu əməllərinə hüquqi qiymət verilməsi üçün Bank tərəfindən hüquq-mühafizə orqanlarına müraciət edilib və o, hazırda həbsdədir”, - deyə ABB-dən bildirilib.