Sloveniya Prezidenti Azərbaycanın dövlət başçısına məktub göndərib

Bakı. 8 iyun. REPORT.AZ/ Sloveniya Prezidenti Borut Pahor Azərbaycanın dövlət başçısı İlham Əliyevə təbrik məktubu göndərib. 

"Report" xəbər verir ki, məktubda deyilir: 

"Hörmətli cənab Prezident.

İcazə verin, Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə Sizi səmimi qəlbdən təbrik edim, ölkənizə hərtərəfli inkişaf və rifah arzularımı çatdırım. Ölkəniz üçün böyük əhəmiyyəti olan bu yubiley – Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə Sizi təbrik etməkdən xüsusi məmnunluq duyuram.

2011-ci ildə Sizin Sloveniyaya rəsmi səfəriniz zamanı aparılan danışıqların ölkələrimiz arasında dostluq münasibətlərinin və tərəfdaşlığın daha da möhkəmlənməsinə təkan verdiyini böyük məmnuniyyətlə xatırlayırıq. Əminəm ki, Sloveniya və Azərbaycan dünyada sülhə, sabitliyə və anlaşmaya töhfə verməklə ikitərəfli əlaqələrini bundan sonra da genişləndirəcək və inkişaf etdirəcəklər.

Möhtərəm cənab Prezident, Sizə olan ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".