Azərbaycan Andorada keçirilən incəsənət festivalında təmsil olunacaq

Paris. 5 iyul. REPORT.AZ/ Fransada yaşayan azərbaycanlı rəssam Mehri Quliyeva Fransada Azərbaycanın Dostları Assosiasiyasının dəstəyi ilə bu il Andorada keçirilən "Planet üçün rənglər" 6-cı incəsənət festivalında Azərbaycanı təmsil edəcək.

"Report"un Qərbi Avropa bürosunun məlumatına görə, Andora incəsənət festivalı 9-21 iyul tarixlərində keçiriləcək və YUNESKO-nun strateji mövzuları olan müxtəlifliyin inkişafı, sülh və mədəniyyətlərarası dialoq mövzusuna həsr ediləcək.

Müxtəlif mədəniyyətlərin kəsişməsində yerləşən Andorra Knyazlığının beş qitərən olan rəssamları bir araya gətirməkdə məqsədi sülh naminə dialoqun inkişafına töhfə verməkdir.

YUNESKO-nun dəyərlərini dəstəkləyərək Andorra incəsənət festivalında iştirak edən rəssamlar, həmçinin BMT-nin 2015-2030-cu illər üçün davamlı inkişafı programının 17 hədəfli məqsədlərini əl işlərində əks etdirəcəklər. Bu il baş tutacaq 6-cı Andora incəsənət festivalı, həmçinin YUNESKO-nun 2013-2022 illər üçün elan etdiyi mədəniyyətlərin yaxınlaşması beynəlxalq onilliyinə də öz töhfəsini verəcək.

Azərbaycanlı rəssam Mehri Quliyeva müxtəlif rəsm atelyelərində çalışıb və Fransada bir sıra rəsm sərgilərinin iştirakçısı və qalibidir.