Samuxda evdən küllü miqdarda pul oğurlanıb

Hadisə baş verən zaman evdə heç kim olmayıb

Hadisə baş verən zaman evdə heç kim olmayıb

Samux. 1 yanavar. REPORT.AZ/ Samux rayonunda oğurluq hadisəsi baş verib.

Samux rayon Polis şöbəsindən "Report"un Qərb bürosuna verilən məlumata görə, rayonun Sərkar kənd sakini Elcan Natiq oğlu Əsgərov polisə ərizə ilə müraciət edərək evindən 5000 manat məbləğində pul oğurlandığını bildirib.

Hadisə baş verən zaman evdə heç kim olmayıb.

Faktla bağlı Samux rayon Polis şöbəsində araşdırma aparılır.