Siyəzəndə yük maşını körpüdən aşıb

Siyəzən. 28 iyul. REPORT.AZ/ Siyəzəndə yük maşını körpüdən aşıb.

"Report"un Şimal bürosu xəbər verir ki, Biləsuvar rayon sakini 1963-cü il təvəllüdlü Babayev Şəmsəddin Nuruş oğlu idarə etdiyi yük maşınını Quba-Bakı yolunun Siyəzən rayonu ərazisindən keçən hissəsində olan körpüdən aşırıb.

Sürücü xəsarət alsa da ona tibbi yardım göstərilməsindən imtina edib.

Faktla bağlı araşdırma aparılır.