​Keniyada 100 yaşlı qadın həbsdən azad edilib

Qadın cəriməni ödəmədiyi üçün həbsə düşüb

Qadın cəriməni ödəmədiyi üçün həbsə düşüb

Bakı. 20 mart. REPORT.AZ/ Keniyada 100 yaşlı qadın həbsxanadan azad edilib.

“Report”un məlumatına görə, Marqaret Nqima təqribən 1000 ABŞ dolları məbləğində cəriməsini ödəmədiyi üçün üç ay müddətinə Embu şəhər həbsxanasına düşüb.

O, torpaq çəkişməsi üzrə iş ilə bağlı dinləmələr zamanı məhkəməyə qarşı hörmətsizlik etdiyinə görə cərimə olunub.

Nqimanın həbsi Keniyada rezonansa səbəb olub. Bir həftədən sonra yerli senator Mayk Sonko qadının cəriməsini ödəyib və o azad edilib.